Futbolçu sıradan çıxıb
Azərbaycan Premyer Liqasının 13-cü turunda sabah AZAL-la qarşılaşacaq "Qarabağ" klubu ciddi itki ilə üzləşib.
“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.Az saytına açıqlamasında komandanın aparıcı futbolçusu Reynaldonun zədələndiyini deyib.
Klub rəsmisi "Bakı" ilə Premyer Liqa matçından sonra braziliyalı futbolçunun diz qapaqlarında oynama olduğunu və ilkin ehtimallara görə onun 7-10 gün yaşıl meydanlardan kənarda qalacağını bildirib.