Tərlan Əhmədov: "Qırmızı vərəqə planlarımızı pozdu"

17:50 - 23 Noyabr 2014

"Biz 30 dəqiqə futbol gördük"

 

Azərbaycan Premyer Liqasının XIII turu AZAL üçün uğurlu olmadı. “Təyyarəçilər” səfərdə “Qarabağ”a 1-2 hesabı ilə uduzdular.


Sportal.az xəbər verir ki, AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov qarşılaşma ilə başlı bunları söyləyib:


“İlk növbədə "Sent-Etyen"lə oyunda "Qarabağ"a uğurlar arzulayıram. “Qarabağ” Avropada yeganə təmsilçimizdir. Ümid edirəm ki, qələbə qazanıb, bizi sevindirərlər. Oyuna gəldikdə, biz 30 dəqiqə futbol gördük. Qırmızı vərəqə bütün planlarımızı pozdu. İstəyirdik hücumları cinahdan quraq. Etiraf edim ki, səhvlərimiz var idi. Qırmızı vərəqə olmasaydı, bəlkə başqa oyun görərdik. Amma yenə futbulçularıma təşəkkür bildirmək istəyirəm. Azlıqda qalsaq da, qol vura bildik. "Qarabağ"ı təbrik edirəm”.

Xəbər xətti