George Çixradze: "Simurq" layiq olduğu qələbəni qazandı"

19:50 - 23 Noyabr 2014

"Hər iki komanda qalib gəlmək istəyirdi"

 

Azərbaycan Premyer Liqasının XIII turunda “Simurq” səfərdə “Qəbələ” ilə üz-üzə gəldi.  Gərgin mübarizə şəraitində keçən oyun “Simurq”un 3-2 hesablı qələbəsi ilə yekunlaşdı.

Sportal.az xəbər verir ki, "Simurq" klubunun baş məşqçisi George Çixradze qarşılaşma haqqında bunları deyib:

 

“Oyun çox maraqlı alındı. Hər iki komanda qalib gəlmək istəyirdi. Komandalar çox sayda qol epizodu yaratdı. Bu gün bizim komandamız mübarizə apardı, qalib gəlməyə çalışdı. Düşünürəm ki, “Simurq” layiq olduğu qələbəni əldə etdi. Azarkeşlərin də bu oyundan razı qalacağını təxmin edirəm. Son 3 oyunda rəqibi qarşılamağa çalışır və qapıya zərbələr endirmək üçün çalışırıq. Bu gün də eyni işi gördük və 3 qol vurduq. Komandamı oyuna necə hazırladığımı danışsam, bəlkə də sizin üçün maraqsız olar. Əsas məsələ komandanı oyuna yaxşı hazırlamaq və rəqibin zəif nöqtələrini tapmaqdır”.

Xəbər xətti