"Böyük oyun"u izləyəcək
Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə namizədlərdən biri olan Robert Prosineçki Bakıya gəlib.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis bu gün Azərbaycan Premyer Liqasının 13-cü turunda “Dalğa Arena”da keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşmasını stadiondan canlı izləyəcək.
O, ölkəmizin futbol təsərrüfatı ilə tanış olduqdan sonra AFFA rəhbərliyi ilə danışıqların növbəti mərhələsinə başlayacaq.