"Böyük oyun"da dava düşdü
“Xəzər Lənkəran”la “Neftçi” arasında keçirilən oyunda qalmaqal qeydə alınıb.
Sportal.az xəbər verir ki, matçın ilk yarısının sonluğu əsəb gərginliyində keçib.
Cənubluların 2:1 hesabı ilə öndə olduğu vaxt “Neftçi”nin kapitanı Flavinyonun cərimə meydanında yerə yıxılması aranı qarışdırıb. Hakimin simulyasiya kimi qiymətləndirdiyi epizodda Alfred Sanko ona yaxınlaşıb və əlini uzadaraq, ayağa qaldırmaq istəyib. “Sambaçı” isə buna sərt reaksiya verib. Nəticədə Karlos Kardoso da məsələyə müdaxilə edərək, əsəbləri daha da tarıma çəkib. Lakin hakimin müdaxiləsi ilə ara sakitləşib.
Buna baxmayaraq, ədalət təmsilçisi bir neçə dəqiqə sonra Sadio Tounkaranı meydandan qovub. Afrikalı Flavinyonu vurduğu üçün bu cəzaya layiq görülüb.
Mənbə: apasport.az