"Səhvimizdən sonra qapımızda qol gördük"
Azərbaycan Premyer Liqasının XIII turunda səfərdə “Sumqayıt”la üz-üzə gələn "Bakı" 1 xal qazandı. Belə ki, turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandaların oyunu 1-1 hesabı ilə başa çatdı.
Sportal.az xəbər veirr ki, "Bakı" klubunun futbolçusu İbrahim Uzunca qarşılaşma haqqında bunları söyləyib:
“Gərgin oyun oldu. Qolu erkən vurduq. Bundan sonra rəqib “Sumqayıt” daha çox hücum etdi. Amma biz ikinci qolu vurmalı olduğumuz bir vaxtda rəqib hesabı bərabərləşdirdi. Səhvimizdən sonra qapımızda qol gördük. Bütün bunlara baxmayaraq, mən komandamın sərgilədiyi oyundan və qazanılan 1 xaldan razıyam”.