Aqil Məmmədov: "Bakı"nın demək olar ki, şansı olmadı"

19:31 - 24 Noyabr 2014

"İlk dəqiqədə qol buraxmağımız bizə pis təsir etdi"

 

Azərbaycan Premyer Liqasının XIII turunda “Sumqayıt” “Bakı” ilə üz-üzə gəldi. Oyun 1-1 hesabı ilə başa çatdı.


Sportal.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov matç haqqında öz fikirlərini söyləyib:


“İlk dəqiqədə qol buraxmağımız bizə pis təsir etdi. Amma ümumilikdə götürsək, “Bakı”dan üstün oynadıq. “Bakı”nın demək olar ki, şansı olmadı. Biz isə yaratdığımız imkanları dəyərləndirə bilmədik. Əgər bərabərlik qolunu bir qədər tez vura bilsəydik, davamı gələcəkdi”.

Xəbər xətti