İntizam Komitəsinin qərarları
Bu gun İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub.
Premyer Liqanın XII turunun "Bakı” – "Qarabağ” matçında "Bakı” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Premyer Liqanın XII turunun "İnter” – "Xəzər Lənkəran” matçının 79-cu dəqiqəsində "Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunur (maddə 52.1).
Oyun başa çatdıqdan sonra stadionun dəhlizində "Xəzər Lənkəran” klubunun direktoru Yunis Hüseynov və "İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze bir-birini təhqir etdiklərinə görə hər ikisi 5 oyun cəzalanır, hər iki klub 5000 manat cərimə olunur
saytlarin hazirlanmasi