"Risk etməyi sevirəm"

19:20 - 25 Noyabr 2014

Milli komandamızın üvzünün açıqlaması

 

"Futbol gündəlik oyundur. Əgər tam gücünlə çalışmasan, futboldan uzaq düşəcəksən. Ona görə də bütün gücümü qoymağa çalışıram".

Sportal.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniya mətbuatına açıqlamasında deyib.

Almaniya II Bundesliqasının son turunda "Aue" ilə görüşdə vurduğu qolla komandasına qələbə qazandıran "Karlsrue" klubunun futbolçusu çıxışını dəyərləndirib:

"Fyurt" və "Aue" ilə oyunlarda yaxşı oynadım. Üç xal qazanmağı çox istəyirdik və buna nail olduq. Penalti epizoduna gəlincə qol vurmaq üçün yaxşı şansım var idi və bundan maksimum yararlandım. Ümumiyyətlə, risk etməyi sevirəm. Hər zaman xüsusi nəsə etməklə irəli getmək istəyirəm. Azərbaycan millisinin futbolçusuyam. İtaliya və Xorvatiya kimi dünya səviyyəli komandalara qarşı oynamışam. Həmin oyunlardan çox şey öyrənə bilərsən. Belə oyunlarda təcrübə qazanmaq çox önəmlidir".

Qeyd edək ki, Almaniya II Bundesliqasının 14-cü turunda evdə "Aue"ni qəbul edən "Karlsrue" matçın 74-cü dəqiqəsində Nazarovun vurduğu qolla oyundan qalib ayrılıb - 1:0. Millimizin üzvünün komandası 14 turdan sonra 23 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

 

Mənbə:qol.az

Xəbər xətti