Hafiz Məmmədov "Lans"a 2 ulduz alır

09:50 - 27 Noyabr 2014

Son söz Antuan Kombuarenin olacaq

 

“Lans”ın 4 milyon avroluq kəsirini bağlayan Hafiz Məmmədovun yeni planları var. Maliyyə durumunu nizamlamaq istiqamətində son aylar irəliləyiş əldə edən tanınmış iş adamı qış fasiləsində 2 ulduz ala bilər. Azərbaycanlı səhmdarın bu istəyinin gerçəkləşməsi Antuan Kombuaredən asılıdı.

 

Təcrübəli baş məşqçinin fikri olarsa, o, komandanın Liqa 1-də möhkəmlənməsi naminə bunu edəcək. Ümumiyyətlə “Lans”ın yanvardan etibarən ciddi problemləri olmayacaq. Əlcəzair, Tunis, Kamerun, Çili və Kolumbiya yığmalarının bir neçə aparıcı oyunçusunun adı klubun transfer siyahısındadı.

 

Mənbə: Sportinfo.az

Xəbər xətti