"Ömər Paşayevin arxasında mən varam"
Son zamanlar Premyer Liqada biabırçı hakimlər səhvləri bir-birini sıralamaqdadır. 12-ci tur çərçivəsində keçirilən AZAL- “Qəbələ” matçı da belə epizodlara səhnə olub.
AZAL-ın qapısına olmayan penalti təyin edən və “Qəbələ”li futbolçunun əllə oynayaraq qol vurmasına göz yuman Ömər Paşayevin ciddi cəzalanacağı, hətta bir müddət Premyer Liqadan uzaqlaşdırılacağı ehtimal olunur. Amma Paşayev heç bir ciddi cəza almayacaq.
Sportal.az-ın əldə etdiyi məlumata görə, PFL rəhbəri Ramin Musayev hakimlərlə son toplantısında bu məsələyə xüsusi toxunub. Musayev qeyd edib ki, bu məsələdə hansısa klubun narazı olması onu heç narahat etmir və Ömər Paşayevin cəzalanması söhbət mövzusu deyil. Ramin Musayev fikrini belə tamamlayıb: “Ömər Paşayevin arxasında mən varam”.
saytlarin hazirlanmasi