AFFA-nın Lippertlə bağlı son qərarı necə olacaq: tamam, yoxsa davam? ÖZƏL

10:25 - 27 Noyabr 2014

Alman məşqçi ilə bağlı artıq qərar verilib  

 

Dekabrın 3-də keçiriləcək İcraiyyə Komitəsinin iclasının gündəliyində olan  məsələlərdən biri də U-21 yığmasının baş məşqçi postu ilə bağlıdır.

 

Çoxları elə düşünür ki, uzun illərdir U-21-i çalışdıran və heç bir ciddi nəticə əldə edə bilməyən Bernhard Lippertlə əməkdaşlığa son qoyulacaq.

 

Lakin Sportal.az-ın əldə etdiyi məlumata görə, İcraiyyə Komitəsində alman məşqçinin işini davam etdirməsi ilə bağlı qərar çıxarılacaq.

 

Qeyd edək ki, Lippert eyni zamanda AFFA-nın Texnini Departamentinin rəhbəri vəzifəsində yer alır. 

Xəbər xətti