"Artıq növbəti mərhələyə çıxmaq şansımız əlimizdə deyil"

03:00 - 28 Noyabr 2014

Kristof Qaltye: "Hakim oyunu yaxşı oyun idarə etmədi"
 
"Hakimin idarəçiliyindən narazıyam. Yaxşı oyun idarə etmədi. Xal itkimizin səbəbkarı odur". 

Sportal.az xəbər verir ki, bu sözləri "Sent-Etyen"in baş məşqçisi Kristof Qaltye Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda evdə "Qarabağ"la 1:1 bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. 

Təcrübəli mütəxəssis artıq növbəti mərhələyə yüksəlmək şanslarının əllərində olmadıqlarına baxmayaraq son görüşdə qələbəyə oynayacaqlarını bildirib: 

"Son oyunda "Qarabağ" qalib gəlsə növbəti mərhələyə çıxacaq. Artıq növbəti mərhələyə yüksəlməyimiz əlimizdə deyil. Bu, "Qarabağ" - "İnter" matçının nəticəsindən asılı olacaq. Bununla belə, son görüşdə ancaq qələbəyə oynayacağıq" 

Xəbər xətti