Sportal.az xəbər verir ki, “Qarabağ” Fransada “Sent-Etyen”lə üz-üzə gəlib. Ağdam təmsilçisi Vüqar Nadirovun vurduğu qolla hesabda önə keçsə də, fransızlar 6 dəqiqə sonra tarazlığı bərpa ediblər. Lakin qalan dəqiqələrdə qapısının toxunulmazlığını qoruyan “Qarabağ” səfərdən 1 xal qoparmağı bacarıb.