Futbolçu matç haqqında danışdı
"Qarabağ"ın hücumçusu Vüqar Nadirovun azerisport.az saytına müsahibə verib.
Sportal.az sizə həmin müsahibəni təqdim edir:
- Oyun barədə nə deyə bilərsiz?
- "Sent-Etyen"ə qarşı səfərdə oynamağın çətin olacağını gözəl başa düşürdük. Belə də oldu. Şadam ki, buradan bir xalla qayıda bildik.
- Qrupdakı digər oyunda "İnter" "Dnepr"ə qalib gəlməklə sizin qrup ikincisi olmağınıza şərait yaratdı...
- Həmin oyunun nəticəsindən xəbərim var. Amma hadisələri qabaqlamaq fikrim yoxdu. Səbrli olmaq lazımdı. Qarşıda bizim hələ çempionat oyunlarımız var. Bunu unutmamalıyıq. Yalnız həmin oyunlardan sonra "İnter"lə görüş haqda düşünə bilərik.
- "Qarabağ"ın sona bir tur qalmışz qrupunda ikinci olacağını düşünürdüz?
- Əlbəttə, arzularımız böyük idi. Biz hamımız özümüzə, bir-birimizə inanırıq. Bura da yaxşı oyun sərgiləməyə, nəticə qazanmağa gəlmişdik.
- Fransızların fikrincə, siz qol epizodunda topu əllə saxlamışdız...
- Xeyr, mən topu əllə qəbul etmədim. Mümkündü ki, kənardan elə görünürdü. Amma topu çiynimlə qəbul etdim. Əllə oynamamışdım. Həm də hakim yaxınımda idi. Əllə oynasaydım, hakim bunu dərhal görərdi.
- Milanlıların qrup liderliyini təmin etməsi onların Bakıdakı oyuna əsas heyətlə gəlməyəcəyinə işarə sayıla bilər?
- Biz belə şeylərlə özümüzü aldatmamalıyıq. Öz oyunumuz haqda düşünməliyik və maksimum ntəicə qazanmağa çalışmalıyıq.
- Bir epizodda rəqib komandanın baş məşqçisi Kristof Qaltye sizə nəsə deyirdi...
- Ona elə gəldi ki, mən vaxt aparıram. Amma əslində elə deyildi. Həmin epizodda doğrudan da zədələndiyimə və ayağımda ağrı olduğuna görə yerdə uzanmışdım.
saytlarin hazirlanmasi