AFFA-nın sabiq baş katibi: "Qurban Qurbanov milliyə gəlsə, onu Torresin aqibəti gözləyir"

15:30 - 28 Noyabr 2014

"Klubun rəhbərliyinə dedim ki, Qurbanova kömək edin"

 

Son illər Azərbaycan futbolunda ən sevilən mütəxəssis olan Qurban Qurbanovun millini çalışdırmasını istəyənlər çoxdu. Lakin buna qarşı çıxanlar da az deyil. Səbəb onda deyil ki, Qurbanov bu işin öhdəsindən gəlməz. Məsələ milli ətrafında gedən oyunlardadır.

 

Onu millidə görmək istəməyənlərdən biri də AFFA-nın sabiq baş katibi Fuad Əsədovdur. “Futbol+” qəzetinə bununla bağlı danışan Fuad bəy fikirlərini belə əsaslandırıb:  

 

"Qurbanovun xətrini çox istəyirəm. O, futbolçu kimi adını Azərbaycan futbol tarixinə yazdırıb. Məşqçi kimi isə "Qarabağ"da formalaşıb. Qurban çox ciddi adamdı. O, "Neftçi"də məşqçi kimi fəaliyyətə başlayanda mən bu klubun rəhbərliyinə dedim ki, Qurbanova kömək edin. Fikrimcə, Qurbanov milliyə gəlsə, onu Torresin aqibəti gözləyir. 5 ildən sonra "Qarabağ"ı bir az da yüksəklərə qaldıra bilər. "Qarabağ"la birgə Qurbanın da hörməti artar.

 

O vaxt yığmaya oyunçu verirdilər və onlara tapşırırdılar ki, millidə özünüzü çox yormayın. Nə cür oyunlardan çıxırdılar. Qurbanov yığmaya gələcək, amma oyunçu yoxdu. Ya da ki Qurbanov gəlsə, "Qarabağ" millinin baza komandası olsun. Yadımdadı, bir dəfə Ramiz müəllim mənə zəng etdi ki, sənin yanına müğənni Qədir Məmmədov uşağıyla gələcək ki, onu götürək. Şakir Qəribova zəng edib uşağı onunla calaşdırdıq. Sonra Şakir mənə zəng edib deyir ki, bunu hardan tapmısız? Atası da deyir ki, məhəllədə uşaqlarla futbol oynayır. Qədirə dedim ki, bunu bura niyə gətirmisən, apar elə məhəllədə uşaqlarla futbol oynasın da. Belə hallar da yaşanır".

Xəbər xətti