"Yeni mövqeyimə alışmağa çalışıram"
"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeydanın azerisport.az saytına müsahibəsi
- Fransa "Sent-Etyen"i ilə səfər oyunu haqda nə deyə bilərsiz?
- Komandamı yaxşı oyun və nəticə münasibətilə təbrik edirəm. Oyun ərəfəsində əsas hədəfimiz uduzmamaq idi. 90 dəqiqə meydanda maksimum güclə oynadıq. Sent-Etyendən 1 xalla qayıtmaq bizim üçün çox vacib idi.
- İkinci hissədə "Qarabağ" daha çox nəticəni qorumaq haqda düşünürdü?
- Taktiki baxımdan hə, müdafiədən oynadıq. Çünki ikinci qolu buraxmaq istəmirdik. Bir neçə dəfə təhlükəli əks-hücum qursaq da, amma faydalana bilmədik. Heç-heçə bizi tam qane edirdi.
- Tez-tez top itirirdiz...
- Yeni mövqeyimə alışmağa çalışıram. Baş məşqçi mənim harada oynamağımı istəyirsə, orada da oynamağa hazıram.
- Bu oyunu qrupunuzdakı ən çətin qarşılaşma saymaq olar?
- Sizinlə razıyam. Doğrudan da çox çətin oyun oldu. Artıq Avroliqanı bir kənara qoymalıyıq. Qarşıda "Simurq"la oyun var və ona hazırlaşmalıyıq.
- Qarşıda sizi Milan "İnter"i ilə görüş gözləyir...
- Biz bu turnirdə ən yaxşı şəkildə çıxış etməyə çalışırıq. Hədəfimiz pley-off mərhələsinə vəsiqə qazanmaqdı. Bilirik ki, "İnter" kimi komanda ilə oyun çox çətin olacaq. Amma mümkünsüz heç nə yoxdu. Biz artıq "Qarabağ"ın uğurlu nəticələr qazanmasına alışmışıq. Böyük və güclü komanda olduğumuzu düşünürəm.