"Əgər Petrjela “Zenit”i çempion etsəydi, hələ on ildə Peterburqda qalıb işləyəcəkdi"
“Zenit” klubunda forma geyinən Andrey Arşavin sabiq baş məşqçisi Vlastimil Petrjelanın söhbət açıb.
Sportal.az xəbər verir ki, rusiyalı futbolçu çexiyalı mütəxəssisin başçılığı altında “Zenit”in daha yaxşı futbol sərgilədiyini deyib:
“Petjelanın vaxtında komanda daha yaxşı oyun göstərirdi. Onda hamımız prtessinq edərək, rəqibə oynamaq imkanı vermirdik. Demək olar ki, oyunboyu bütün futbolçular hərəkətdə idilər. Klubda əvvəl futbolçu seçimi düzgün aparılırdı.
Əgər Petrjela “Zenit”i çempion etsəydi, hələ on ildə Peterburqda qalıb işləyəcəkdi. Ancaq çexiyalı məşqçi sonra oğurlamağa başladı. Yəni Çexiyadan gətirdiyi futbolçulardan pul tutmaqla məşğul idi. Ondan sonra hər şey əleyhinə işlədi və Petjela komandadan getməli oldu”.
Qeyd edək ki, Vlastemil Petrjela Rusiya təmsilçisindən ayrıldıqdan sonra “Neftçi”də baş məşqçi işləyib.
saytlarin hazirlanmasi