"Xəzər Lənkəran" hazırlıqlarını "Bayıl Arena”da davam etdirir
Azərbaycan Premyer Liqasında XIV turda "Araz Naxçıvan”la qarşılaşmalı olan "Xəzər Lənkəran” Muxtar Respublika təmsilçisinin çempionatdan çəkilməsi səbəbindən bu tur məcburi istirahət edəcək.
Sportal.az xəbər verir ki, Lənkərandakı bazasının hər iki meydançasının təmirə dayanması səbəbindən komanda paytaxtda hazırlığını davam etdirir. Artıq üç gündür ki, "Bayıl Arena”da məşqlərə başlayan cənublular gündə bir dəfə olmaqla taktiki və fiziki planda çalışmalar edir. “Xəzər Lənkəran”ın düşərgəsində zədəli futbolçulardan Adrian Skarlatake fərdi məşqlərə başlasa da, Rauf Əliyev məşqlərdən kənar qalaraq müalicəsini davam etdirir.
saytlarin hazirlanmasi