AFFA-nın sabiq baş katibi Xaqani Məmmədova məsləhət verdi: "Get otur evində-eşiyində də"

12:20 - 29 Noyabr 2014

"Sənə bu lazımdı?"

 

Son dövrlər Azərbaycan çempionatda yenə biabırçı hakim səhvlərinin təkrarlanması bir daha HK sədri Xaqani Məmmədovun istefasını gündəmə gətirib.

 

“Futbol+”qəzetinə müsahibə verən AFFA-nın sabiq baş katibi Fuad Əsədov hakimliyin indiki durumu barədə bunları deyib:

 

“O vaxt Xaqani Məmmədovun Qərb regionuna səfəri zamanı nə etdiyindən xəbərdarsız da. Ona görə də Xaqanini AFFA-dan qovmuşduq.

 

Onu gətirib yenidən AFFA-da iş veriblər. O gün də verilişdə “uşaq-muşaq” Xaqanini divara sıxışdırırdı. Ay xaqani, sənə bu lazımdı? Get otur evində-eşiyində də...”

Xəbər xətti