Məşqçidən açıqlama
Premyer Liqanın XIV turu çərçivəsində keçirilən "Bakı" - "İnter" matçını izləyənlar arasında millimizin baş məşqçiliyinə əsas namizəd olan Robert Prosineçki də olub.
Sportal.az xəbər verir ki, oyundan sonra jurnalistlərə açıqlamasında buları qeyd edib:
"Bakı" - "İnter" matçını canlı izlədim. Maraqlı oyun keçdi. Nəzərimdə saxladığım bir-iki futbolçu oldu. Heç nə vəd vermirəm. Əgər Azərbaycan millisinin baş məşqçisi olsam, yaxşı nəticə üçün çalışacam. Legioner futbolçular yerli oyunçulardan 3 qat üstün olarsa, o zaman onların milliləşdirilməsi haqda düşünə bilərik. Millinin legioner həyatı yaşayan futbolçularından Dmitri Nazarovun oyununu izlədim. Bu gün "Karşıyaka"nın futbolçusu Mahir Şükürovun Türkiyə birinci liqasındakı oyununu da izləyəcəm".
saytlarin hazirlanmasi