Aqil Məmmədov: "Müdafiəçilərin bərbad oyununa görə uduzduq"

17:30 - 29 Noyabr 2014

Baş məşqçidən açıqlama

 

Premyer Liqanın XIV turunda keçirilən AZAL – “Sumqayıt” oyunu gərginliyi ilə yadda qaldı.

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 5 qolun vurulduğu oyunda meydan sahibləri qələbə qazandı – 3:2. Oyundan sonra mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov bunları söyləyib:

 

“Müdafiəçilərimizin bərbad oyununa görə uduzduq. AZAL layiqli qələbə qazandı, mən rəqibi təbrik edirəm. Deyərdim ki, hücumda problemimiz çox deyil. Əsas problem arxa xətt ilə bağlıdır. Biz hesabda irəlidə olduğumuz vaxtda  adi epizodlarda qollar buraxdıq. Qışda böyük ehtimalla dəyişikliklər olacaq”. 

 

Xəbər xətti