Arif Əsədov: "Heyətlə bağlı müəyyən problemlər var"

19:45 - 29 Noyabr 2014

"İki fərqli hissə izlədik"
 

 

Azərbaycan Premyer Liqasının XIV turunda “Neftçi”  “Qəbələ”ni qəbul etdi. Hər iki tərəfin cəhdlərinə baxmayaraq, hesab açılmadı.


Sportal.az xəbər verir ki, "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov qarşılaşma haqqında bunları söyleyib:

 

“Heyətdə müəyyən problemlər var idi. Bizim 3 futbolçumuz cəzalı durumdaydı. Buna baxmayaraq, oyuna qələbə üçün çıxmışdıq. İki fərqli hissə izlədik. Əgər ilk hissədə komanda öz oyununu sərgiləyə bilmədisə, ikinci hissədə daha aqressiv təsir bağışladı. Qarşıda oyunlar var. Biz növbəti oyunlarda xallar toplamağa çalışacağıq.  Razıyam ki, ilk hissədə aqressiv oynamadıq. Düşünürəm ki, fasilədən sonra komandada müəyyən problemlər meydana gəlib. Oyunlarda eyni heyətə şans verə bilmirik. Çünki bizdə heyətlə bağlı müəyyən problemlər var. Kollektivdə nizam-intizam vacibdir. Əgər Araz, Elvin kimi futbolçular irəli getmək istəyirlərsə, nizam-intizamlı olmalıdırlar. Hesab edirəm ki, bundan öncə verilən qərarlar həmin futbolçular üçün yararlı oldu”.  

Xəbər xətti