Qurban Qurbanov: "Düşünürəm ki, avrokubokda çıxış edəcəklər"

20:00 - 30 Noyabr 2014

Məşqçinin işini yüksək qiymətləndirirəm

 

Azərbaycan Premyer Liqasının 14-cü turunda “Simurq” doğma meydanda “Qarabağ”ı qəbul etdi. Gərgin mübarizə şəraitində keçən oyun “Qarabağ”ın 3-2 hesablı qələbəsi ilə yekunlaşdı.

 

Sportal.az xəbər verir ki, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov qarşılaşma haqqında bunları söyləyib:

 

“Çox maraqlı oyun oldu. Meydançada 90 dəqiqə mübarizə gördük. Qollu bir qarşılaşmanın şahidi olduq. Futbolçularımı təbrik edirəm. “Simurq” barədə ən xoş sözlər deyə bilərəm. Düşünürəm ki, avrokubokda çıxış edəcəklər. Rəqibin oyunu çox xoşuma gəldi. Məşqçinin işini yüksək qiymətləndirirəm. 3 xal qazanmağımıza şadam. Turnir cədvəlində mövqeyimizi bir qədər də möhkəmləndirdik”.

Xəbər xətti