Oyunları müxtəlif telekanallarda izləmək imkanımız olacaq
Azərbaycan Premyer Liqasının yayım hüququ "İdman Azərbaycan" telekanalından alınacaq. Hər halda, hazırda bu məsələ müzakirə olunur. Bildiyiniz kimi, sözügedən telekanal hazırda çempionatın yayım hüququna malik yeganə telekanaldı. Lakin bu telekanalın fəaliyyəti böyük əksəriyyəti qane eləmir. "İdman Azərbaycan" və AZTV birlikdə götürsək heç oyunların 50 faizini belə, yayımlamırlar.
Məsələn, dünən 14-cü turun son və eyni zamanda mərkəzi görüşü keçirildi. Son çempion və ölkəmizin avrokuboklardakı yeganə təmsilçisi "Qarabağ" turnir cədvəlində dördüncü pillədə qərarlaşan "Simurq"la üz-üzə gəlirdi. "İdman Azərbaycan" isə çempionatın mərkəzi görüşünü vermək əvəzinə "Azəryol"la "Rabitə" arasındakı voleybol oyununu yayımladı ki, bu da futbol ictimaiyyəti arasında böyük narazılığa səbəb oldu.
Sportal.az Rekord.az-a istinadən xəbər verir ki, bu narazılıqlara son qoymaq üçün gələn mövsümdən çempionatın yayım hüququnun yeni yaradılmış Klublar Komitəsi veriləcəyi gözlənilir.
Belə deyək, yayım hüququ yenidən klublara qaytarılacaq və klublar ev oyunlarını yayımlamaq üçün özləri ürəkləri istəyən klubla razılığa gələcəklər. Belə olarsa, hər turun bütün oyunlarını müxtəlif telekanallarda izləmək imkanımız olacaq.
saytlarin hazirlanmasi