"Artıq yerli mütəxəssislərə şans vermək lazımdı"
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevin azerisport.az saytına müsahibəsi
- İK-nın toplantısında Robert Prosineçkiyə səs verəcəksiz?
- Gəlin tələsməyək. Orada dörd namizəd müzakirə olunacaq. Onlardan birini seçəcəyik. İndi nəsə deyə bilərəm. Bəlkə, digər namizədlər arasında Joze Mourinyo da olacaq.
- Bəs digər namizədlər kimlərdi?
- Dekabrın 3-də bilinəcək. Müzakirələr aparacağıq, sonda ən yaxşı variantı seçəcəyik. Amma məlum amillər var ki, o, xorvat mütəxəssisə əlavə üstünüklər qazandırır. Mən onun Azərbaycanda çalışmaq arzusunu dəstəkləyirəm. Amma iclasda məsələ qaldıracam ki, xorvat mütəxəssisin köməkçiləri yerlilər olsun.
- Bəs U-21-in baş məşqçisi ilə bağlı nə düşünürsüz?
- Mən qətiyyətlə Bernard Lippertə və əcnəbi məşqçilərə qarşıyam. Artıq yerli mütəxəssislərə şans vermək lazımdı.
- Kimə?
- Bir neçə namizədim olacq. Yunis Hüseynov, Vidadi Rzayev, Vəli Qasımov və Mahmud Qurbanovun adını çəkə bilərəm.
- Bəs rəhmətə getmiş Ələkbər Məmmədovun əvəzində İK-nın boş qalan üzvlüyünə kimin namizədliyini irəli sürəcəksiz?
- Onu ancaq AFFA-nın konfransında təyin etmək mümkündü. Həmin konfransda həm də AFFA-nın prezident postuna seçkilər keçiriləcək. Yalnız onda İK-nın yeni heyəti müəyyənləşəcək.
- İsgəndər Cavadov İK-nı tərk etməyəcək?
- İlk dəfədi bunu eşidirəm. Niyə tərk etməlidi ki?
- Məşqçilər Korpusu barədə nə düşünürsüz?
- Bu, sovet sistemidi. Qoy işləsinlər, baxaq görək nə alınacaq.
- Ağasəlim Mircavadov, Böyükağa Hacıyev, Şahin Diniyev və Vaqif Sadıqova daha kimi məsləhət görərdiz?
- Maşallah Əhmədovu. Fikrimcə, digərlərindən heç də pis deyil.
- "Qarabağ"ın Milan "İnter"i ilə oyunundan nə gözləyirsiz?
- Bu oyunu Azərbaycan futbolu tarixindəki ən vacib oyunlardan saymaq olar. Çox çətin olacaq. Amma tam olaraq yaxşı nəticəyə nail olmaq olar. Qurban Qurbanova uğurlar arzulayıram.