Arif Əsədov: "Nədənsə hakimlər bizim lehimizə penalti vermirlər, ona görə də..."

11:05 - 2 Dekabr 2014

Baş məşqçidən açıqlama

 

"Xəzər" TV-də yayımlanan "Futbol Saatı" verilişinin növbəti buraxılışında iştirak edən "Neftçi"nin baş məşqçisi Arif Əsədov maraqlı fikirlər səsləndirib.

 

Sportal.az xəbər verir ki, Arif Əsədov açıqlamsında bunları deyib:

 

"Neftçi" yeganə komandadır ki, bu mövsüm hələ də penalti vurmayıb. Məsələn "Qarabağ"ın lehinə 6 penalti verilib. Digər klublar da hamısı penalti vurub. Nədənsə hakimlər bizim llehimizə penalti vermirlər. Ona görə mən də məşq zamanı standard vəziyyətlər, ev tapşırıqları üzərində çalışsam da futbolçularımla penalti üzərində çalışmıram. çünki onsuz da bilirəm ki, hakimlər bizim xeyrimizə penalti verməyəcək."

Xəbər xətti