"Muğan"ın sabiq futbolçusu hakimi döydü

03:00 - 3 Dekabr 2014

Qoran Pandevin qardaşı altı aylıq futboldan uzaqlaşdırıldı
 
“Qalatasaray”da forma geyinən Qoran Pandevin qardaşı Saşko Pandev yan xətt hakimini döyüb.
 
Sportal.az xəbər verir ki, bir vaxtlar “Muğan”da çıxış etmiş Saşko hazırda Makedoniyada “Horizonto” klubunun şərəfini  qoruyur. Makedoniya çempionatının 13-cü turunda “Breqalniça” ilə oyunun 45-ci dəqiqəsində hesabı açan hücumçu qol sevincini hakimə jest edərək paylaşıb.
 
Belədə hakimin ikinci sarı avtomatik qırmızı vərəqəsiylə üzləşən Saşko Pandev koməkçi hakimə hücum çəkərək onu yumruqla vurub. Makedoniya federasiyası köməkçi hakimi vurduğuna görə 27 yaşlı hücumçunu altı aylıq futboldan uzaqlaşdırıb.    

Xəbər xətti