İcraiyyə Komitəsinin iclası
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilir.
Sportal.az xəbər verir ki. saat 11:00-dan başlayan iclasın əsas mövzusu millilərin baş məşqçilərinin təsdiqlənməsidi.
Komitə həm əsas, həm də U-21 komandasının yeni çalışdırıcısını rəsmiləşdirməlidi.
Əsas milliyə hazırda ölkəmizdə olan xorvatiyalı Robert Prosineçkinin təyinatı gözləniləndisə, gənclər yığması ilə bağlı tam müəyyənlik yoxdu.
Ümumilikdə isə gündəlikdə 5 məsələ, həmçinin digər mövzuların müzakirəsi də yer alıb.
1. Məşqçilər Komitəsinin yaradılmasının, Əsasnaməsinin və üzvlərinin təsdiqi
2. Milli komandanın baş məşqçisinin təsdiqinin müzakirəsi
3. U-21 yığmasının baş məşqçisinin təsdiqinin müzakirəsi
4. Klublar Komitəsinin yaradılmasının və Əsasnaməsinin təsdiqi
5. Lisenziyalaşdırma qrupunun məlumatı
6. Digər məsələlər
Qeyd edək ki, xorvatiyalı mütəxəssis Robert Prosineçki 2018-ci ilə qədər Azərbaycan yığmasının baş məşqçisi təyin olunub. Bu gün keçirilmiş AFFA İcraiyyə Komitəsinin iclasında Prosineçkinin lehinə qərar qəbul olunub və o, bu postda Berti Foqtsu əvəzləyib.
saytlarin hazirlanmasi