Baş məşqçidən açıqlama
Millimizin yeni baş məşqçisi Robert Prosineçki media nümayəndələrinə təqdim olunduqdan sonra öz fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, baş məşqçi bunları deyib:
"Əvvəlcə hər birinizi salamlayıram. Artıq 10 gündür Bakıdayam. Bir neçə oyunu da stadionda canlı izləmişəm. İndiyə kimi gördüyümdən çox razıyam. Azərbaycan, Bakı mənə xoş təsir bağışladı. Məncə gələcək üçün oyunçu materialı var və əlimdən gələni edəcəm ki, hər şey yaxşı olsun. Bəyəndiyim kifayət qədər gənc futbolçu var. İlin sonuna kimi futbolçuların kimliyini biləcəksiniz. Məşqçilər korpusunda iki nəfər azərbaycanlı məşqçi çalışacaq. Onlarla daim əlaqədə olacağam. Eyni zamanda da Məşqçilər Komitəsinin üzvləri ilə də əlaqələrim olacaq. Mən burada yaşayacam. Ailəm də burda qalacaq, övladım burada məktəbə gedəcək. Bu da işimə köməklik göstərəcək. Mətbuatla mütəmadi ünsiyyətdə olacağam."
saytlarin hazirlanmasi