Baş məşqçiyə hədiyyələr verilib
Bu gün AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki rəsmən ictimaiyyətə təqdim olunub.
Sportal.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev tədbirdə çıxış edərək xorvatiyalı mütəxəssisə fəaliyyətində uğurlar arzulayıb.
Rövnəq Abdullayev və Robert Prosineçki müqaviləni imzalayıblar. Daha sonra AFFA prezidenti üzərində Robert Prosineçkinin ad və soyadı yazılmış Azərbaycan milli komandasının 8 nömrəli futbolkasını, AFFA-nın vımpel və şərfini xorvatiyalı mütəxəssisə hədiyyə edib.
Sonra AFFA-nın prezidentinin və Azərbaycan milli komandasının baş məşqçisinin mətbuat konfransı keçirilib.