Qapıçıdan açıqlama
"Neftçi"nin qapıçısı Emil Balayev artıq bir neçə gündür Almaniyanın "Ayntraxt" klubunun heyətində baxışdadır.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gənc qolkiper bununla bağlı açıqlama verib:
"Artıq 10 gündür ki, "Ayntraxt"ın düşərgəsində baxışdayam. Məşqlər yüksək səviyyədə keçir. Burada özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Dekabrın 12-dək "Ayntraxt"ın əsas komandası ilə birlikdə hazırlığım davam edəcək. Bundan sonra "Neftçi"nin düşərgəsinə qayıdacağam. Ümid edirəm ki, bəyəniləcəm və karyeramı bundesliqada davam etdirəcəm”.
Emil Balayevin “Ayntraxt”ın düşərgəsindəki məşqindən video görüntüləri təqdim edirik:
saytlarin hazirlanmasi