Arif Əsədov: "... stabil heyət qurmaqda çətinlik çəkirik" MÜSAHİBƏ

13:25 - 5 Dekabr 2014

Baş məşqçi ilə müsahibə

 

“Neftçi”-nin baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına müsahibə verib.

 

Sportal.az sizə həmin müsahibəni təqdim edir:

 

 

- Arif müəllim, “Qarabağ” klubu iləoyuna hazırlıq barədəməlumat verərdiniz.

- Kubok oyunundan sonra bütün diqqətimizi “Qarabağ” klubu iləgörüşəyönəltmişik. Təəssüf ki, heyətləbağlı problemlərimiz var. Vobay vəKauenin zədəli olması planlarımızı müəyyən mənada pozur. Bundan başqa, Elvin YunuszadəvəElnur Allahverdiyev cəzalı durumdadırlar. Bütün bu çətinliklərəbaxmayaraq biz həftəsonu meydana yalnız qələbəüçün çıxacağıq.

 

- Bu futbolçuların yoxluğunda kimlərəşans verməyi düşünürsünüz?

- Biz son oyunlarda Nicat Qurbanov, Elvin Bədəlov vəEmin Mehtiyevin xidmətindən yararlandıq. Müəyyən qədər oyun praktikasından əziyyət çəkirlər. Məsələn, “Qəbələ” iləoyunda Elvin Bədəlov müəyyən qədər çətinlik çəkmişdi, amma ikinci hissədədaha yaxşı oynadı. “Qaradağ Lökbatan” klubu iləkubok matçında Emin Mehtiyev etimadı doğrultdu. Yəni oynadıqca bu problemlər dəaradan qalxacaq. Onlar əsas heyətin üzvləridir vəstart heyətindəmöhkəmlənməyəçalışırlar. Komandada sağlam rəqabət mühiti formalaşıb vəbeləolan halda inkişaf da olacaq.

 

- “Qarabağ” klubu iləmatçı 6 xallıq oyun kimi dəqələməvermək olar. Bu oyun liderləxal fərqini azaltmaq baxımından da əhəmiyyətlidir.

- “Neftçi” hər zaman yalnız çempionluq uğrunda mübarizəaparıb. Bu baxımdan qələbəqazanaraq xal fərqini azaltmaq istəyirik. Heyətləbağlı çətinliklərimiz olsa da, meydana çıxacaq hər bir futbolçu yalnız qələbəüçün oynayacaq.

 

- Son oyunlardakı ardıcıl xal itkiləri vəheyətləbağlı problemlər komandada hər hansı psixoloji gərginlik yaratmayıb?

- Təbii ki, heyətdəcəzalı vəzədəli futbolçular çox olanda stabil heyət qurmaqda çətinlikçəkirik. Bu mənada problemlər ola bilər. Amma psixoloji baxımdan hər şey qaydasındadır. Hər kəs üzərinədüşən məsuliyyəti anlayır vəpeşəkarlıqla əlindən gələnin ən yaxşısını etməyəçalışır.

 

- Son oyunlarda start heyətindəmeydana çıxmış qapıçı Emil Balayev Almaniyanın “Ayntraxt” klubunda baxışdadır. Onun yoxluğu nəkimi təsir göstərir?

- Emil Balayev gənc vəperspektivli qapıçıdır. Futbolda səhvlər qaçılmazdır. Bununla belə, biz Emiləşans verdik vəo, ümidlərimizi doğrultdu. Onu start heyətindəmeydana buraxmaqla legioner limitindən dədaha səmərəli yararlana bilirdik. Bununla belə, klub rəhbərliyi dəgənc yerli futbolçuların inkişafına hər zaman xüsusi həssaslıqla yanaşıb. Klubun da inkişaf strategiyası budur ki, gənc futbolçular burada özlərini inkişaf etdirib güclü xarici klubların diqqət mərkəzindədüşsünlər. Bu ümumilikdəAzərbaycan futbolunun inkişafı baxımından əhəmiyyətlidir. Gələcəkdədigər futbolçularımız da legioner həyatı yaşamaq istəsələr, biz öz dəstəyimizi əsirgəməyəcəyik.

Xəbər xətti