Xaqani Məmmədovu "Arena"da "yıxıb sürüdülər" VİDEO

10:45 - 6 Dekabr 2014

"Bizə hakim lazımdır, maniken yox"

 

"İnterAz" televiziyasında "Arena" verilişinin növbəti buraxılışı efirə yayımlanıb. 

 

Sportal.az xəbər verir ki, verilişin bu dəfəki qonaqları millinin sabiq məşqçisi, U-15 millisinin çalışdırıcısı Aslan Kərimov və "Futbol+" qəzetinin əməkdaşı Rəşad Qasımov olub. Verilişdə Premyer Liqanın növbəti turunun müzakirəsi və millinin hazırkı durumu müzakirə olunub. Veriliş ərzində son turlarda qeydə alınan kobud hakim səhvlərindən də danışılıb. "Arena"da Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov sərt tənqid olunub. Verilişdə qonaq olan Rəşad Qasımov hakimlərin hazırki durumundan danışaraq onların maniken kimi hazırlanmasına etiraz edib :

 

"Hakimlər son turlarda çox kobud səhvlərə yol verdilər. Mən anlaya bilmirəm - deyirlər ki hakim olsun, boyu 1.90 m olsun, üzü səliqəli olsun,nə bilim elə olsun, belə olsun. Bu nə deməkdir ?  Bizə hakim lazımdır, maniken yox....Boyu hündür olmaqdansa,boyu qısa olsun, amma oyunu yaxşı idarə etsin. Razıyam ki, hakim ingilis dilini bilməlidir, amma boyu 1.90m olmasa da olar".

 

Xəbər xətti