Ölkə futbolunda bir ilk
Premyer Liqamızın 15-ci turunda hazırda davam edən “Qarabağ” – “Neftçi” matçında bir ilk yaşanıb.
Sportal.az xəbər verir ki, çempionatda ilk dəfə spreydən istifadə olub.
Görüşün baş hakimi Əliyar Ağayev qarşılaşmanın 14-cü dəqiqəsində "Neftçi"nin qapısına təyin olunan cərimə zərbəsi zamanı spreydən istifadə edib.