Arif Əsədov: "Maraqlı oyun oldu"

17:30 - 7 Dekabr 2014

"İki komandanın da şansları oldu"

 

Azərbaycan Premyer Liqasının XV turunun mərkəzi oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirildi. “Qarabağ” – “Neftçi” görüşündə qapılara qol vurulmadı.


Sportal.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Arif Əsədov qarşılaşma haqqında bunları söyləyib:


“Turnir cədvəlində qonşu pillələrdə olan komandalar oynayırdı. Biz “Qarabağ”la xal fərqini azaltmaq istəyirdik. Maraqlı oyun oldu. “Qarabağ” həm çempionatda, həm də Avropa Liqasında sabit futbol sərgiləyir. Bu oyunda hər iki komandanın şansları oldu. Amma düşünürəm ki, oyunun ədalətli nəticəsi elə 0-0 idi. Hakim ciddi səhvlər etmədi. Sadəcə, ilk hissədə Almeyda bizim futbolçuya kəllə atdı. Amma ümumi götürsək, Əliyar Ağayevin ciddi səhvi olmadı”.

Xəbər xətti