Qurban Qurbanov: "Neftçi" sıradan bir rəqib deyil"

17:45 - 7 Dekabr 2014

"Qarşıda bizi "İnter"lə matç gözləyir"

 

Azərbaycan Premyer Liqasının XV turunda “Neftçi”ni qəbul edən “Qarabağ” 1 xalla kifayətləndi. Belə ki, mərkəzi oyunda qapılara qol vurulmadı.

Sportal.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qarşılaşma haqqında bunları deyib:

 

“Yaxşı oyun alındı. Hər iki komanda intizamlı oyun sərgilədi. Sona qədər sakit çıxış edən futbolçularımdan razı qaldım. Qarşıda bizi “İnter”lə matç gözləyir. Futbolçuları bu qarşılaşmaya hazırlamağa çalışacağıq. “Neftçi” ilə oyunda 1 xal qazandıq. Hər bir futbolçu tapşırıqları yerinə yetirdi. Qol imkanları yaratdıq. Sadəcə, imkanlardan istifadə etmək mümkün olmadı. Rəqibi də nəzərə almaq lazımdır. “Neftçi” sıradan bir rəqib deyil. Düşünürəm ki, oyunu istədiyimiz kimi sona çatdırmaq üçün daha təmkinli olmalıyıq. Oyunda zədə alan Bədavi Hüseynovun ayağı şişib. İnşallah, “İnter”lə oyuna qədər düzələcək”.

Xəbər xətti