"Daha çox qol vura bilərdik"
Azərbaycan Premyer Liqasının XV turunda “Qəbələ”ni məğlub edən “Xəzər Lənkəran” turnir cədvəlinin 4-cü pilləsinə yüksəldi.
Sportal.az xəbər verir ki, "Xəzər Lənkəran" klubunun baş məşqçisi Oğuz Çetin qarşılaşma haqqında bunları söyləyib:
“Bir oyuna çıxarkən çox arzulu, istəkli olsan, komandanın oyunu da yaxşı alınır. Futbolçularımız oyun ərzində çox istəkli idilər. Topun daha çox bizdə qalması və ötürmələrin dəqiq olması nəticəsində qollar vurduq. Rəqibi təzyiqdə saxladıq. Hər şeyin mükəmməl olduğunu deyə bilmərəm. Komanda istəkli olanda səhvlər azalır. Rəqibə şans vermədən 3 qol vurduq. Amma daha çox qol vura bilərdik. Mən geridə qalan oyunları düşündükcə təəssüflənirəm. 18 xalımız var, xal fərqini daha da azaltmalıyıq. Heç bir rahatlıq olmamalıdır. Biz eyni ciddiyəti qorumalı və “Bakı” ilə oyuna da qələbə üçün çıxmalıyıq”.
saytlarin hazirlanmasi