Tərlan Əhmədov: "Hücumda kəsərli ola bilmədik"

20:07 - 7 Dekabr 2014

"Matçdan razı qalmadım"

 

Azərbaycan Premyer Liqasının XV turunda AZAL səfərdə “İnter”ə 0-1 hesabı ilə uduzdu.

Sportal.az xəbər verir ki, AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov qarşılaşma haqqında bunları deyib:

 

“Rəqibi təbrik edirəm. Son oyunlarda komandamız yaxşı çıxış edirdi. Biz son 5 turda çox qol vurur, çox da qol buraxırdıq. Bugün isə hücumda kəsərli ola bilmədik. Oyunda qələbə qazana bilərdik. Amma şanslardan istifadə olunmadı. Matçdan razı qalmadım. Çünki aqressiv futbol sərgiləyə bilmədik. Ola bilər ki, futbolçularda müəyyən arxayınlıq yaranıb. Bunu araşdıracağıq. Stadionda fanat az idi. Ümid edirəm ki, qarşıdakı vaxtlarda oyunlarımıza maraq artar".

Xəbər xətti