Mövsümün yubiley qolu
Azərbaycan Premyer Liqasında 2014/2015 mövsümünün 150-ci qolu vurulub.
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “İnter” və AZAL arasındakı paytaxt derbisində (1:0) vurulan yeganə qol yubiley xarakteri daşıyıb. Qonaqların qapısına yol tapan Junior Nildo günün sonuncu qolunun müəllifi kimi mövsümdə 150-ci qolu vurub. Bu turadək 54 matçda 143 top vurulmuşdu. 7 qol vurulan turun son topu 150-ci oldu. 58 matçdan sonra orta məhsuldarlıq 2,63-ə çatıb.
Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 9-da “Xəzər Lənkəran”ın üzvü Rauf Əliyev AZAL-la qarşılaşmada vurub.
saytlarin hazirlanmasi