Birinci Divizionda yarımçıq qalan oyun
Futbol Azərbaycan birinci divizionunda 14-cü turun bir oyunu yarımçıq dayandırılıb.
Sportal.az xəbər verir ki, "Ağsu" - "Lokomotiv" matçının ikinci hissəsi oynanılmayıb. "Lokomotiv" futbolçuları ikinci hissədə meydana çıxmayıblar. Oyunla bağlı yekun qərar İntizam Komitəsinin iclasında veriləcək.
Qeyd edək ki, "Ağsu" - "Lokomotiv" matçının ilk hissəsi 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.