Məşqçi ilə yollar ayrılacaq
Onun sözlərinə görə, son turlarda lazımı nəticə göstərə bilməyən baş məşqçi Dorinel Muntyanunun məsələsinə bu gün baxılacaq: “Rəhbərlik bu məsələni müzakirə edəcək. Hələ rəsmi bir şey yoxdu. Sadəcə, şifahi söhbət olub. Ola bilsin, rəhbərlik onun komandanı qarşıdakı oyuna da çıxarıb sonra getməsini istəyəcək. Hər halda, bütün suallara bu gün aydınlıq gələcək”.
Qeyd edək ki, Dorinel Muntyanu cari mövsümün əvvəlindən “Qəbələ”ni çalışdırır. Onun rəhbərliyi altında nəticəsi ləğv olunan matçlar nəzərə alınmamaqla 16 oyuna çıxan komanda bunların yalnız 4-də qələbə qazanıb.
Mənbə: apasport.az