İntizam Komitəsinin iclası
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının son turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.
Azərbaycan Premyer Liqasının XV turunun “Xəzər Lənkəran” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 58 və 82 - ci dəqiqələrində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının XV turunun “Qarabağ” – “Neftçi” matçında “Neftçi” klubunun azarkeşləri tərəfindən protexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.
saytlarin hazirlanmasi