"Gənc Qapıçılar" klubu
Daha öncə də qeyd etdiyimiz kimi, karyeralarını bir müddət öncə başa vuraraq məşqçiliyə başlayan və hər yaş qrupundan qapıçılar üçün məşq bölməsi açan Xəyal Zeynalov və Tariyel Hüseynov təcrübələrini həmkarları ilə bölüşür.
Sportal.az xəbər verir ki, "Gənc Qapıçılar" klubu olaraq fəaliyyət göstərən gələcəyin qapıçılarına AFFA diqqət ayırdı. Belə ki. federasiya nümayəndələri olan Faiq Əzizov və Ramiz Kərimov Gəncəyə gedərək klubun infrastrukturu ilə tanış olublar. Öz qeydlərini apararaq lazımi dəstəyin göstəriləcəyini qeyd ediblər.
Saytımıza açıqlamasında Xəyal Zeynalov bunları dilə gətirdi: “AFFA-dan gələn nümayəndələr işimizi yüksək qiymətləndirdilər. İlkgunməşqimizi izlədilər, ikinci gün isə məşq planı hazırladıq və biryerdə də keçdik. Təbii ki, bizdə çox ümidliyik ki, bizə göstərilən diqqət daima olacaq və birlikdə Azərbaycan futboluna dəyərli qapıçılar bəxş edəcəyik. Bizə ayrılan diqqətə görə başda AFFA-nın baş katibi Elxan Məmmədov olmaqla, bura gələn nümayəndələrə də dərin təşəkkürümüzü bildirir və bu diqqətin daima olacağını ümid edirik.”
saytlarin hazirlanmasi