"Bakı"nın gənc futbolçusu: "Əmək haqqımı verməməkləri azmış kimi, sənədimi də vermirlər"

14:15 - 10 Dekabr 2014

Hücumçudan açıqlama

 

Son günlər adı "Qəbələ" ilə hallanan "Bakı"nın 21 yaşlı hücumçusu "Nurlan Novruzov" bu məsələyə aydınıq gətirdi.

 

Sportal.az-a açıqlamasında hücumçu bunları qeyd edib:

 

"Düzü, rəsmi heçnə yoxdur. Amma məndə "Qəbələ"nin mənimlə maraqlandığı barədə eşitmişəm. Əgər belə bir təklif olsa, fikirləşmək olar. "Bakı" ilə olan müqaviləmə gəlincə isə, sənədimlə bağlı məni incidirlər. Düz 1 il yarımdı ki, əmək haqqım ödənmir. Bu azmış kimi, sənədimi verməkdə də mənə problem yaradırlar"

Xəbər xətti