Bu nə rəzalət idi?
Adamın içi o qədər yanır ki, bilmirsən ağlayasan, bağırasan, yoxsa söyəsən bu əclafları. “Qarabağ” artırılmış dəqiqələrdə qol vurur. Mərkəzi arenada izdiham yaşandığı anda bir dılğır ortaya düşür ki, qol sayılmır.
Sual yaranır ki, niyə? Dəfələrlə epizodun təkrarına baxıram və anlaya bilmirəm bu absurd qərarın səbəbini…
Çexiyalı hakimlərin başına hava gəlib nədi?
Riçard Almeydanın vurduğu qolda yanlışlıq axtarmaq nəinki hakimliyin, hətta insanlığın sonudur.
Bir millətə qarşı bu qədər şərəfsizlik olarmı? Bu nə rəzalət idi?
Yadımdadı, Avro-2000-də Çexiya Hollandiya ilə qarşılaşırdı. Oyunun son dəqiqəsində italiyalı hakim Kollina çexlərin qapısına olmayan penalti verdi. Nedved diz çöküb tanrıya yalvarsa da, Hollandiya qol vurdu və qələbə qazandı. Həmin epizoda görə, Kollinanı çox qınadım. İndi isə fikirləşirəm ki, çexiyalı alçaqlara o da az idi.
Bizim daşımız axı niyə bu qədər ağırdır? Bu günə qədər Qarabağımızı geri almağımıza imkan vermirdilər, indi də “Qarabağ”ımızın Avropada səs salmasına imkan vermirlər.
Oyunun nəticəsi ləğv oluna bilərmi? Sosial şəbəkədə ən çox müzakirə olunan məsələlərdən biri budur. Yox, nəticə dəyişməyəcək. Bizim üçün Avroliqa bitdi!
Bitdi, bitirdilər, özü də şərəfsizcəsinə bitirdilər. Bizi Avropa futbol səhnəsindən də itirdilər.
Qarabağı da şərəfsizlərin ucbatından itirdik, “Qarabağ”ı da…
Emin ABBASOV
saytlarin hazirlanmasi