Baş məşqçinin mətbuat konfansı
Avropa Liqasının qrup mərhələsində son matçına çıxan "Qarabağ" doğma meydanda "İnter"lə heç-heçə edib.
Sportal.az xəbər verir ki, oyun sonrası mətbuat konfransında baş məşqçi Qurban Qurbanov bunları deyib:
"Dəstəyiniz üçün təşəkkür edirəm. Bu oyun barədə çox sağ ol demək istəmirəm. Sadəcə azarkeşlərə, media nümyəndələrinə təşəkkür edirəm. Ümumi götürsək bütün oyunların nəticəsinə görə məğlub oldu ki, getmirəm. Futbolçulara təşəkkür edirəm.Çox əziyyət çəkdilər. Ən düzgününü etməyə çalışdıq. Qarşıda artıq çempionat oyunu var. Bu bizim üçün böyük zərbə oldu. Taleyimizlə barışmalıyıq. Hər birimizə təcrübə oldu. Gələn il yəqin ki, futbolçularda daha böyük inam olar. Həm mənə, həm də futbolçulara böyük təcrübə oldu. Əfsuslar olsun ki, azarkelər burdan bu gün tam başqa gedə bilərdilər. Qismətdir. Əvvəlcədən bilirdik ki, maraqlı qrupa düşmüşdük. Düşüncəmiz öz gücümüzü yenidən sınamaq idi. Pis alınmadığını düşünürəm. Hər zaman futbolçulara deyirəm ki, həyatda mümkünsüz heç nə yoxdur. Futboldur, hər bir nəticə ola bilər. Böyük bir təcrübə oldu. Oyundan sonra təkrarı izlədim. Təmiz qoldur. Düşünüləsi bir şey yoxdur ki, bu ofsaytdır. Hər iki məqamda müdafiəçilərinə toxunur. Hakimin niyə belə qərar qəbul etdiyi qaranlıq qaldı. Belə bir məqamda bu səhvi eləmək böyük bir risk idi. Qismətdə yox idi. Mənim oyun zamanı hansı hisslər keçirdiyimi izah edə bilmərəm. Həmin hisslərə qayıtmaq istəmirəm.Artıq nəsə edə bilmərik. Bu nəyisə dəyişməz. Hətta, rəqibin oyunçusu sonra gəlib mənə dedi ki, top mənə dəymişdi. Onu oyun vaxtı hakimə desəydi, daha yaxşı olardı."
saytlarin hazirlanmasi