O gecə çexlərin əcdadlarını necə "yad etdik"? YAZI

12:30 - 12 Dekabr 2014

Ölənlərinə fatiha, qalanlarına da.....

 

Saat 22:52. Milyonlarla insanın ağzından bir səs eşidildi: Qoooooool. Bu o-ları çox uzatmaq olardı, qol vurulun andan yan xət hakiminin bayrağını yuxarı qaldırdığı ana qədər. Sonra isə...Bir susqunluq oldu. Hamı çökdü elə bil. Göz yaşları, etiraz, etiraf, təhqir, söyüş...Bu emosiyalar haqda çox yazmaq olar. Ancaq bir nəticəsi olacaqmı? Xeyr..

 

Sosial şəbəkələrdə elektron imzalı bir şikayət ərizəsi gördüm. Mən də imzamı atdım. Qoy, UEFA bunu görsün. Bir xeyri olacaqmı? Təbii ki, yox! Bir qurum ki, Çempionlar Liqasının 2011-2012 mövsümündə D qrupunda baş tutan “Dinamo”(Zaqreb) – Lion (1:7) matçına göz yumur və bunun arxasında siyasi və digər məsələlərin insanların anladığını bilə-bilə heç bir reaksiya vermir. Daha neyniyəsən? Kimi, kimə şikayət eləyəsən?

 

Təbii ki, bu şərəfsizliyin arxasında böyük bir uğur dayanır. “Qarabağ” öz oyunu və qazandığı nəticələrlə azarkeşləri o yerə çatdırıb ki, biz də rahatlıqla deyə bilirik ki, "hakimin hesabına uddular”. İnanmıram ki, müstəqillik dönəmindən bu tərəfə hər hansı bir klubumuz və ya millimiz bizi bu sözü deməyə vadar edib. Bu haqsızlıqlara uğrayan bir çox ölkənin sırasında biz də varıq. Bununla sevinəkmi, yoxsa dərdimizə ağlayaqmı? Nə edək....

 

Orxan Həsənquliyev

Xəbər xətti