Xəqani Məmmədov: "İki halda oyun təkrarlana bilər"

13:50 - 12 Dekabr 2014

Komitə Sədrindən açıqlama

 

“Uzun şərhə ehtiyac yoxdu. Bir yerdə videoya baxdıq. Mən dünən oturduğum yerdən yaxşı görmədim. Dünən dedim ki, epizoda klub olaraq baxıb qiymət verəcəyik. Bu günkü texnologiya imkan verir ki, epizodu düz qiymətləndirək. Dünən biz “İnter” 1:0 udduq. Amma hakimin səhv qərarı ilə bu qələbə əlimizdən alındı”.

 

Sportal.az xəbər verir ki,  bu sözləri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl deyib.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində dünən keçirilən “Qarabağ” – “İnter” matçı ilə bağlı bu gün mətbuat konfransı keçirilib. Tədbirdə Tahir Gözəllə yanaşı, klubun icraçı direktoru Əmrah Çəlikəl və AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov iştirak edib. Vitse-prezident çıxışı zamanı hakimlikdən kəskin narazılığını bildirib: “Xaqani Məmmədovla da məsləhətləşdik. “Qarabağ”ın vurduğu qol təmiz qol idi. Biz dekabrın 15-də Liona püşkə getməli idik. Mən həmin günü həsrətlə gözləyirdim. Amma alınmadı”.

 

Gözəl etirazlarını UEFA-ya bildirəcəklərini açıqlayacaq: “UEFA-nın hədəfi doğrudu. Biz də güman edirik ki, hakimin səhvini onlar təsdiqləyəcəklər. Bu nəticəni dəyişməsə də, mənəvi cəhətdən önəmlidi. Qrup rəhbəri kimi məqsədim rəqabətpərəst ruhu ilə həyata davam etməkdi. İstəmirəm ki, bu məsələnin üzərində çox dayanaq. Çünki futbolçuların da əhvalı korlanır. Amma tarixi qələbə əlimizdən alındı. Həyat davam edir. Siz “Qarabağ”ın təsislərinin şahidi olmusuz. Biz investiyalarımıza davam edəcəyik. Bu uğuru bir daha təkrarlamaq üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, UEFA bir daha belə səhvlə üzləşməyəcəyimiz üçün diqqətli olub, daha güclü, ədalətli hakimlər göndərəcək. Bir yandan da fikirləşirik ki, bu cür açıq səhv necə buraxıla bilər. Bunu bilirəm ki, dünənki oyun “Qarabağ”ın 1:0 hesabı ilə nəticələndi”.

 

- Xaqani müəllim, sizcə həmin epizoddakı səhv qərəzlə bağlı deyildi?
- Əlimizdə fakt yoxdu. Amma UEFA-nın hakimlərindən bu cür səhv gözləmək ağlasığmazdı. Adi epizod idi. Bunların altında nələrsə gizlənir. Dünənki oyunun hakim inspektoru da bildirdi ki, qol təmiz qol idi, onların qiyməti aşağı olacaq.

 

- UEFA-nın əsasnaməsində hansı məqamlara görə etiraz etmək olar, bu var. Dünənki oyunun vaxtı da tam oynanılmadı. Buna görə etiraz edib, nəyəsə nail olmaq olar. 4 dəqiqə tamamlanmış oyun keçirilə bilərmi?

Tahir Gözəl: Bu barədə Xaqani müəllim danışsa, yaxşı olar.


Xaqani Məmmədov: İki halda oyun yenidən təkrarlana bilər. Biri vaxt, digəri isə “lipa” dediyimiz məsələ zamanı. Doğrudan da, həmin vaxt oynanılmayıbsa, buna görə etiraz etmək olar.


Tahir Gözəl: Biz həmin məsələyə görə, sona qədər gedəcəyik. Etirazı mütləq edəcəyik. Bu oyuna gəlmək böyük əziyyət tələb edir. Azərbaycan çempionu olmaq üçün 1 il vaxt lazımdı. Sonra burda oynamaq hüququ gəlirsən. Belə bir görüşdə haqqımızın tapdalanması çox ağırdı. Biz şikayətimizi edəcəyik.

 

Mənbə: apasport.az

Xəbər xətti