Vitse-prezidentdən açıqlama
Bu gün "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl komandanın Suraxanıdakı bazasında mətbuat konfransı keçirib.
Sportal.az xəbər verir ki, Tahir Gözəl matçla bağlı açıqlamasında bunları deyib:
"Məncə uzun şərhə ehtiyac yoxdur. Dünən peşəkarlıq üçün qeyd elədim ki, bu gün baxıb, qərar verəcəyik. Dünən Qarabağ İnteri 1-0 hesabı ilə məğlub etdi. Ancaq. Hakiminsəhv qərarı ilə bu tarixi qələbəmiz əlimizdən alındı. Bu vəziyyətdə Qarabağın qolu müzakirə edilməməlidir. Doğrudan da Qarabağ püşkatmadaiştirak etməli idi. Ancaq, alınmadı. Biz səssiz qalmayacağıq. Qarabağ sahibsiz deyil. Oyunu ilə, əzmi ilə Avropa səviyyəsində Azərbaycanı ləyaqətlə təmsil edən komandadır. Biz UEFA-ya etirazımızı bildirəcəyik. İstəyirik ki, onlar da bu qərarın düzgün olmadığını bildirsinlər. Bu nəticəyə təsir etməsə də, mənəvi olaraq bunu istəyirik.
Heç kimin əhvalını korlamaq istəmirəm. Həyat davam edir. Qarabağa dəstəyimiz davam edəcək. Bu uğuru təkrarlamaq üçün əlimizdən gələni edəcək. İnanırm ki, UEFA növbəti dəfə daha diqqətli olar, bacarıqlı, səviyyəli hakimlər göndərər. Bir tərəfdən də insanın ağlına bir fikir də gəlir ki, bu qədər açıq xəta necə olur edilir? Bunu bilirəm ki, dünənki oyun Qarabağın 1-0 hesablı qələbəsi ilə yekunlaşıb."
saytlarin hazirlanmasi